Pekində noyabrın 15-dən etibarən pilotsuz uçuş aparatlarına (PUA) və onların əsas komponentlərinə sahib olmaq və onları saxlamaq qadağası qüvvəyə minəcək.
Bizim.Media xəbər verir ki, yeni qaydalar Çin paytaxtında dronların istifadəsinə dair məhdudiyyətlərin sərtləşdirilməsinin növbəti mərhələsi olub.
Mayın 1-dən etibarən Pekində onların satışı və icarəsi artıq qadağan edilib, şəhərin bütün inzibati ərazisi isə nəzarət olunan hava məkanı zonası elan olunub. Pilotsuz aparatların icazəsiz uçuşları qadağandır.
Hakimiyyət orqanları qaydanı pozan şəxslərdən dronları müsadirə edə, həmçinin fiziki və hüquqi şəxslərə cərimələr tətbiq edəcək.
Pekin sakinlrinə qadağa qüvvəyə minənə qədər xüsusi alış məntəqələrində pilotsuz aparatların satışı, onların utilizasiyası və ya şəhər xaricinə çıxarılması müqabilində subsidiyalar təklif olunacaq.
Dronların digər regionlardan, o cümlədən turistlər tərəfindən Pekinə gətirilməsi də qadağandır.
Qaydaların sərtləşdirilməsi iyunun sonlarında Pekində kiçik təyyarənin "CITIC Tower" göydələnininə çırpılması ilə nəticələnən insidentdən sonra baş tutub. Həmin hadisə zamanı pilot həlak olub, 13 nəfər isə xəsarət alıb.
Bizim.Media



































































































