"Rus evi"ni bağladılar, yenisini açacağıq - Konstantin Kolpakov

Hazırda oxunan: "Rus evi"ni bağladılar, yenisini açacağıq - Konstantin Kolpakov

636399

Almaniyada (FQR) yeni "Rus evi" açılacaq.

Bizim.Media xəbər verir ki, bu barədə "Vesti" telekanalına müsahibəsində "Rossotrudniçestvo"nun rəhbər müavini Konstantin Kolpakov bildirib.

"Şübhəsiz ki, xalqlarımız arasında mədəni, elmi, təhsil və yaradıcılıq əlaqələri mövcuddur. Bu əlaqələr heç hara yoxa çıxmayıb, yenə də insanlar Rusiya ilə işləmək, qarşılıqlı əlaqədə olmaq istəyirlər", – deyə o iddia edib.
 

Almaniya hakimiyyəti Leypsiq/Halle aeroportundakı dron insidentinə görə məsuliyyəti Rusiyanın üzərinə qoyduqdan sonra Berlindəki "Rus evi"nin fəaliyyətini dayandırmaq qərarına gəlib. Berlin, həmçinin Almaniyanın Sankt-Peterburqdakı baş konsulluğunun bağlanacağını elan edib.


Almaniyanın hərəkətlərinə cavab olaraq Rusiya Almaniyanın Sankt-Peterburqdakı baş konsulluğunun fəaliyyətinə razılığını geri götürüb və Qётe İnstitutunun Rusiyadakı mərkəzlərinin fəaliyyətinin dayandırıldığını elan edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin