Kitabxanaların insan həyatına gözlənilməz təsiri aşkarlandı

Hazırda oxunan: Kitabxanaların insan həyatına gözlənilməz təsiri aşkarlandı

636368

Qlazqo Universitetinin və Şotlandiyanın Sterlinq Şurasının kitabxana xidmətinin apardığı araşdırma göstərib ki, ictimai kitabxanalar insanların təkliyə mübarizə aparmasına, sosial əlaqələr qurmasına, yeni vərdişlər qazanmasına və ümumi rifahına güclü təsir göstərir.

Bizim.Media xəbər verir ki, Şotlandiyadakı St. Ninians kitabxanası nümunəsində aparılan "Evidencing the Social Value of Public Libraries" adlı layihə sübut edib ki, kitabxanaların real sosial dəyəri yalnız verilən kitabların və ya ziyarətçilərin statistikası ilə ölçülə bilməz.

Kitabxanalar sosial izolyasiyanı azaldan, etibarlı ictimai məkanlar yaradan və dörd əsas istiqamətdə — sosial əlaqələr, mədəni zənginləşmə, iqtisadi dəstək, eləcə də sağlamlıq və rifah sahələrində cəmiyyətə mühüm töhfə verən mərkəzlərdir. Tədqiqatçılar bu təsiri qiymətləndirmək üçün xüsusi praktiki alət (Social Value Toolkit) da hazırlayıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin