ABŞ-da 39 milyon insan daşqın təhlükəsi ilə üz-üzə qalıb

Hazırda oxunan: ABŞ-da 39 milyon insan daşqın təhlükəsi ilə üz-üzə qalıb

636360

Vaşinqtondan Konnektikut ştatının Nyü-Heyven şəhərinə qədər olan ərazidə güclü tufanlar və leysanlar səbəbindən ABŞ-ın şimal-şərqində 39 milyon sakin üçün daşqın təhlükəsi elan edilib.

Bizim.Media xəbər verir ki, bu barədə "NBC News" nəşri yazıb.

Belə ki, Merilend, Pensilvaniya, Delaver, Nyu-Cersi və Nyu-York ştatlarında, xüsusilə Bruklin və Kuins rayonlarında qəfil daşqın riskləri yüksəkdir.

Nyu-Yorkda zirzəmi və yarımdzirzəmi mənzillərində yaşayan sakinlər üçün müvəqqəti sığınacaqlar açılıb, əhaliyə təhlükəsiz yerlərə köçmək tövsiyə olunub. Bölgə üzrə yağıntının miqdarının 127–178 millimetrə çatacağı gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin