Qərbi Rusiya ilə birbaşa hərbi münaqişə olacağı təqdirdə digər silahlı münaqişələr zamanı malik olduqları hava üstünlüyündən məhrum olacaqlar.
Bizim.Media xəbər verir ki, bu barədə "Business Insider" nəşrinə istinadən "RİA Novosti" məlumat yayıb.
Nəşrin materialında qeyd olunur: "Qərbi hərbi liderlər getdikcə daha çox xəbərdarlıq edirlər ki, Rusiya kimi bərabərtərəfli rəqibə qarşı gələcək müharibədə onlar bu üstünlüklərini itirə bilərlər".
Nəşrin məlumatına görə, bu, xüsusi hərbi əməliyyat zonasında Rusiya dronlarının tətbiqi sayəsində aşkar olub. Bu, xüsusilə səngərlərdə birbaşa yaralanan hərbçilərin həssas vəziyyətində daha qabarıq şəkildə özünü büruzə verir.
Materialın müəllifi qeyd edib: "Zərərçəkənlərin dərhal təxliyə edilməsinin qeyri-mümkünlüyü ABŞ və müttəfiqlərinin 11 sentyabr hadisələrindən sonra apardıqları müharibələrdəki təcrübələri ilə ziddiyyət təşkil edir. Həmin vaxt Amerika və koalisiya qüvvələri hava üstünlüyündən istifadə edərək yaralıları helikopterlərlə iri, mükəmməl təchiz olunmuş bazalara çatdıra bilirdilər".
Ukraynadakı xüsusi hərbi əməliyyat gedişində Rusiya qoşunları Ukrayna Silahlı Qüvvələrinin NATO mütəxəssisləri ilə birlikdə istifadə etdikləri qərar qəbuletmə mərkəzlərinə, müəssisələrə və anbarlara zərbələr endirirlər.
Rusiya bölmələri həm Kiyevdə, həm də Ukraynanın bütün ərazisində hədəfləri vurmağa imkan verən zərbə PUA-larından və uzaqmənzilli yüksək dəqiqlikli silahlardan istifadə edirlər.
Bizim.Media

































































































