İran və Ermənistan gömrük prosedurlarını sadələşdirmək və sərhəd keçidini sürətləndirmək məqsədilə kritik protokollar imzalayıblar.
Bizim.Media “Armenia Today”ə istinadla xəbər verir ki, sentyabrın 12-də Culfada İranın iqtisadiyyat nazirinin müavini, Gömrük Xidmətinin rəhbəri Farud Əsgəri ilə Ermənistan Dövlət Gəlirləri Komitəsinin sədri Eduard Hakopyan arasında rəsmi görüş keçirilib.
Danışıqların nəticəsi olaraq tərəflər Norduz-Mehri sərhəd-keçid məntəqəsində sadələşdirilmiş “yaşıl dəhliz”in tətbiqi, kağız sənədləşmənin ləğv edilərək elektron məlumat mübadiləsinə (EDI və Pre-Arrival) keçilməsi barədə protokola imza atıblar. Bu addımın yük maşınlarının sərhəddə gözləmə müddətini və inzibati prosedurları kəskin azaldacağı gözlənilir.
Bizim.Media

- A-
- A
- A+
Region
15:30 / 13.09.2026
Ermənistan İranla sərhəddə “yaşıl dəhliz” yaradacaq
Hazırda oxunan: Ermənistan İranla sərhəddə “yaşıl dəhliz” yaradacaq
Hazırda oxunan: Ermənistan İranla sərhəddə “yaşıl dəhliz” yaradacaq
636389
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































