Moskvada anadan olan tennisçi Yelena Rıbakina “US Open” turnirində tarixi qələbə qazanıb. O, finalda belaruslu tennisçi Arina Sabalenkanı məğlub edərək turnirin qalibi olub.
Bizim.Media xəbər verir ki, bu titul Rıbakina üçün “Böyük dəbilqə” seriyasında üçüncü çempionluqdur. O, daha əvvəl 2022-ci ildə “Uimbldon” turnirində, bu ilin əvvəlində isə “Australian Open”də qalib gəlib.
Qeyd edək ki, Rıbakina 2018-ci ilə qədər Rusiyanı təmsil edib. Hazırda isə Qazaxıstanın adından çıxış edir.
“US Open”dəki qələbə Rıbakina üçün rekord məbləğdə – 464 milyon rubl mükafat qazandırıb. Bu nəticə ona dünya reytinqində də birinci pilləyə yüksəlməyə imkan verib.
Beləliklə, Moskvada doğulan Rıbakina dünyanın yeni 1 nömrəli tennisçisi olub.
Bizim.Media

- A-
- A
- A+
İdman
10:27 / 13.09.2026
Yelena Rıbakina “US Open”da tarix yazdı – yeni dünya birincisi oldu - VİDEO
Hazırda oxunan: Yelena Rıbakina “US Open”da tarix yazdı – yeni dünya birincisi oldu - VİDEO
Hazırda oxunan: Yelena Rıbakina “US Open”da tarix yazdı – yeni dünya birincisi oldu - VİDEO
636352
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































