İranda təhlükəsizlik qüvvələri və silahlı qruplar arasında toqquşmalar başladı – VİDEO

Hazırda oxunan: İranda təhlükəsizlik qüvvələri və silahlı qruplar arasında toqquşmalar başladı – VİDEO

636222

İranın Sistan və Bəlucistan vilayətinin Saravan şəhərində təhlükəsizlik qüvvələri ilə silahlı şəxslər arasında toqquşma baş verib.

Bizim.Media IRIB-yə istinadən xəbər verir ki, terrorçu qruplaşmalardan birinin toplanma yeri aşkarlanıb və həmin obyektə zərbə endirilib.
 

"İctimai təhlükəsizliyi pozmaq, təxribat və terror aktları həyata keçirmək niyyətində olan İran İslam Respublikası quruluşuna düşmən qruplaşmalar Saravan şəhərinin bir nöqtəsində toplaşmışdılar ki, inqilabi qüvvələrin kəşfiyyat nəzarəti və sayıqlığı nəticəsində qəfil yaxalanaraq ağır zərbəyə məruz qalıblar", - məlumatda bildirilib.


İran KİV-in məlumatına görə artıq təhlükəsizlik qüvvələri ilə "Ceyş əl-Ədl" üzvləri arasındakı döyüşlər Bukşandan Cahadabada və Cami-i-Mədini məscidi ətrafındakı əraziyə yayılıb.

Döyüşlər fonunda İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) bəyan edib ki, ölkənin cənub-şərqindəki qruplaşmalara qarşı həyata keçirilən qabaqlayıcı zərbələr təhlükəsizlik qüvvələrinin həmin şəbəkələr daxilində geniş məlumat əldə etmək imkanına malik olduğunu nümayiş etdirir.

Bəyanatda qeyd olunur ki, İran qüvvələri qruplaşmaların hərəkətləri, toplanma nöqtələri və təşkilati strukturu barədə məlumatlar əldə etməklə, onların əməliyyat hüceyrələrini təxribat aktları törətməzdən əvvəl müəyyən edir və zərərsizləşdirir.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin