Trampdan Kanadaya TƏHDİD – “ABŞ-ın ştatı olmasalar...” – VİDEO

Hazırda oxunan: Trampdan Kanadaya TƏHDİD – “ABŞ-ın ştatı olmasalar...” – VİDEO

636196

“ABŞ Prezidenti Donald Tramp Kanada avtomobil sənayesini qorumaq üçün ölkənin ABŞ-nin tərkibində ştat olmalı olduğunu bildirib”.

Bizim.Media xəbər verir ki, Tramp bu fikirləri WABC radiosuna müsahibəsində səsləndirib. O qeyd edib ki, Kanada ABŞ ştatına çevrilsə, avtomobil istehsalçılarının ölkədə fəaliyyətini davam etdirməsinə icazə verəcək.

Tramp daha əvvəl Kanadada fəaliyyət göstərən şirkətlərə tariflərdən yayınmaq üçün istehsal və əməliyyatlarını ABŞ-yə köçürməyi təklif edib.

Qeyd edək ki, iki ölkə arasında ticarət münasibətləri son aylarda tariflər fonunda kəskinləşib. ABŞ müəyyən Kanada mallarına yüksək idxal rüsumları tətbiq edib, Ottava isə buna cavab olaraq Amerika məhsullarına qarşı tariflər qüvvəyə mindirib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin