FİFA-nın Etika Komitəsinin Arbitraj Palatası Maldiv və Montserrat futbol federasiyalarının sabiq prezidentləri ilə bağlı ağır cəzalar tətbiq edib.
Bizim.Media “qol.az”a istiandla xəbər verir ki, bu barədə qurumun saytı məlumat yayıb.
Maldiv Futbol Assosiasiyasının (FAM) sabiq prezidenti Bassam Adil Cəlil və Montserrat Futbol Assosiasiyasının (MFA) keçmiş rəhbəri Vinsent Kassell futbolla bağlı istənilən fəaliyyətdən ömürlük uzaqlaşdırılıblar. Onların həmçinin hər biri 1 milyon İsveçrə frankı (təxminən 1,05 milyon avro) məbləğində cərimələnib.
Bassam Adil Cəlil FİFA-nın COVID-19 pandemiyası ilə əlaqədar ayırdığı yardım vəsaitlərini şəxsi məqsədlər üçün mənimsəməkdə təqsirli bilinib.
Vinsent Kassell isə vəzifə səlahiyyətlərindən sui-istifadə, sistemli maraqlar toqquşması, FİFA və MFA-nın vəsaitlərindən təyinatı üzrə istifadə etməmək, həmçinin təşkilat əməkdaşlarının fiziki və psixoloji toxunulmazlığına zərər vuran davranışlarda təqsirli bilinib.
Bizim.Media

- A-
- A
- A+
İdman
00:30 / 12.09.2026
1 milyon avro cərimə edildilər, futboldan ömürlük uzaqlaşdırdılar
Hazırda oxunan: 1 milyon avro cərimə edildilər, futboldan ömürlük uzaqlaşdırdılar
Hazırda oxunan: 1 milyon avro cərimə edildilər, futboldan ömürlük uzaqlaşdırdılar
636181
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































