İranla gərginlik artır: ABŞ qüvvələri gecə əməliyyatına hazırlaşır

Hazırda oxunan: İranla gərginlik artır: ABŞ qüvvələri gecə əməliyyatına hazırlaşır

636184

ABŞ qüvvələri İranla artan gərginlik fonunda Ərəbistan dənizində gecə əməliyyatlarına hazırlaşır.

Bizim.Media xəbər verir ki, “Fox News”un müxbiri Trey Yinqst bu barədə Hörmüz boğazı yaxınlığında yerləşən “USS George Washington” aviadaşıyıcısının göyərtəsindən məlumat verib.

Müxbirin sözlərinə görə, o, gəmiyə çatdıqdan təxminən bir saat sonra İrandan qaynaqlandığı bildirilən yeni təhlükəyə cavab olaraq döyüş təyyarələri və helikopterin təcili havaya qaldırılmasına hazırlıq başlayıb.

Bombalarla təchiz edilən F-35 qırıcılarının da aviadaşıyıcının uçuş göyərtəsindən havaya qalxması nəzərdə tutulur.

“Bura İranla münaqişənin son dərəcə fəal cəbhə xəttidir. Bu, ABŞ-nin hazırda regionda necə mövqe tutduğunu göstərir”, – deyə Trey Yinqst bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin