Səudiyyə Ərəbistanı əsas neft kəmərində əməliyyatları DAYANDIRDI

Hazırda oxunan: Səudiyyə Ərəbistanı əsas neft kəmərində əməliyyatları DAYANDIRDI

636182

Səudiyyə Ərəbistanı Şərq-Qərb neft kəmərində əməliyyatları müvəqqəti dayandırıb.

Bizim.Media xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının dövlət xəbər agentliyi Energetika Nazirliyinin nümayəndəsinə istinadla məlumat yayıb.

Bildirilib ki, sentyabrın 10-da Ər-Riyad və Midanah bölgələrinə kütləvi hücumlar həyata keçirildikdən sonra boru kəməri ehtiyat tədbiri olaraq bağlanıb.

Gündəlik 7 milyon barel ötürmə gücünə malik kəmər Səudiyyə Ərəbistanının neftinin şərqdən Qırmızı dəniz sahilindəki Yanbu limanına daşınmasında mühüm rol oynayır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin