Misir Mərdanov Məleykə Abbaszadə haqqında: “Fikirlərim ona qarşı deyildi” – FOTO

Hazırda oxunan: Misir Mərdanov Məleykə Abbaszadə haqqında: “Fikirlərim ona qarşı deyildi” – FOTO

636211

Sabiq təhsil naziri Misir Mərdanov müsahibəsində Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə barədə səsləndirdiyi fikirlərə münasibət bildirib.

Bizim.Media xəbər verir ki, keçmiş nazir bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

“Bir neçə gün əvvəl “Pozan Media TV”dən mənimlə əlaqə saxlayaraq müsahibə verməyimi xahiş etdilər. Müsahibə zamanı jurnalistin suallarını cavablandırarkən təhsil sahəsində mövcud olan bəzi məsələlərə də münasibətimi bildirdim. Heç kəsin şəxsiyyətinə toxunmadan, müəyyən problemlərlə bağlı subyektiv fikirlərimi ifadə etdim.
 

Təəssüf ki, sonradan sosial şəbəkələrdə müsahibədə səsləndirdiyim fikirlər təhrif olunaraq, onların Dövlət İmtahan Mərkəzinin rəhbəri Məleykə Abbaszadəyə qarşı yönəldiyi iddia edildi. Bildirmək istəyirəm ki, bu iddia həqiqəti əks etdirmir.


Mən Məleykə Abbaszadəni 30 ildən artıqdır ki, yaxından tanıyıram. Uzun illər ərzində onunla birlikdə çoxsaylı tədbirlərdə iştirak etmişəm. Ona hər zaman hörmətlə yanaşmışam və bu gün də həmin hörmətimi qoruyub saxlayıram”.

Qeyd edək ki, Misir Mərdanov sözügedən müsahibədə nazir olduğu dövrdə qəbul imtahanları iə bağlı Məleykə Abbaszadə ilə anlaşmazlıqlarından söz açmışdı.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin