Dünyanın ən bahalı evləri - FOTO

Hazırda oxunan: Dünyanın ən bahalı evləri - FOTO

636177

Dünyanın ən zəngin insanları, məşhur simaları və kral ailələrinin üzvləri sahib olduqları dəbdəbəli evlərlə də diqqət çəkirlər.

Bizim.Media “axşam.az”a istiandla xəbər verir ki, onların mülkləri arasında milyonlarla, hətta milyardlarla dollar dəyərində olan malikanələr var.

Kayli Cennerin Holmby Hillsdəki malikanəsinin dəyəri 36,5 milyon dollar, futbolçu Kristiano Ronaldonun Quinta da Marinadakı mülkünün qiyməti isə 38 milyon dollardır.

Müğənni "The Weeknd"in Bel Airdə yerləşən iqamətgahı 70 milyon dollar dəyərində qiymətləndirilir. Bill Geytsin məşhur "Xanadu 2.0" malikanəsinin isə təxminən 132 milyon dollar olduğu bildirilir.

Siyahının daha üst pillələrində Ceff Bezosun "Indian Creek"dəki 234 milyon dollarlıq kompleksi və Səudiyyə Ərəbistanının vəliəhdi Mohammed bin Salmana aid olduğu bildirilən 301 milyon dollarlıq "Château Louis XIV" yer alır.

Ən bahalı mülklərdən biri isə Hindistanlı milyarder Mukeş Ambaninin Mumbaydakı "Antilia" adlı 27 mərtəbəli iqamətgahıdır. Bina təxminən 2 milyard dollar dəyərində qiymətləndirilir.

Nəhəng hovuzlar, geniş bağlar, şəxsi istirahət zonaları, möhtəşəm memarlıq və unikal interyerlərlə seçilən bu mülklər sadəcə yaşayış yeri deyil, dünyanın ən böyük sərvətlərinin simvollarından hesab olunur.






















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin