Ağdərədə atla minaya düşən şəxs danışdı - VİDEO

Hazırda oxunan: Ağdərədə atla minaya düşən şəxs danışdı - VİDEO

636195

Sentyabrın 10-da Ağdərə rayonunun Papravənd kəndi ərazisində minaya düşən Tərtər rayon sakini, 2005-ci il təvəllüdlü Sərxan Bəxtiyar oğlu Rüstəmzadə hadisə barədə danışıb.

Bizim.Media Azərbaycan Dövlət Televiziyasına (AzTV) istinadən xəbər verir ki, S.Rüstəmzadə partlayış barədə deyib:
 

"At məni tullayıb özü də axsaya-axsaya qaçdı. Sonra bilmədim, o, geri qayıda bildi, ya yox. Amma cığırla qaçdı. Mən həmin vaxt başa düşdüm ki, minalı əraziyə düşmüşəm, ona görə tərpənmədim. ANAMA əməkdaşlarına xəbər verdim. Onlar da gəlib məni 4-5 km çətin ərazidən cığır açaraq çıxardılar".


Qeyd edək ki, S.Rüstəmzadə yüngül xəsarət alıb.

Hazırda faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin