Diplomatlar Yeni Şuşa məscidinin tikintisi ilə tanış oldular – VİDEO

Hazırda oxunan: Diplomatlar Yeni Şuşa məscidinin tikintisi ilə tanış oldular – VİDEO

636107

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Qarabağa səfər çərçivəsində Şuşada yeni məscidin tikintisinin gedişatı ilə tanış olublar.

Bizim.Media xəbər verir ki, qonaqlara tikinti işlərinin cari mərhələsi və məscid layihəsinin xüsusiyyətləri barədə məlumat təqdim edilib.

Səfər çərçivəsində diplomatik korpusun nümayəndələri həmçinin regionda həyata keçirilən bərpa və yenidənqurma layihələri ilə tanış olublar.

Şuşada yeni məscidin təməli 2021-ci il mayın 12-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə qoyulub.
 

Qeyd edək ki, bu gün diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura növbəti ikigünlük səfəri başlayıb.


Nümayəndə heyətinin tərkibinə 58 ölkənin və doqquz beynəlxalq təşkilatın 150 nümayəndəsi daxildir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin