Səudiyyə Ərəbistanında neft kəmərinə dronlarla HÜCUM EDİLDİ

Hazırda oxunan: Səudiyyə Ərəbistanında neft kəmərinə dronlarla HÜCUM EDİLDİ

636173

Səudiyyə Ərəbistanında neft kəmərinə zərbələr endirilib. 

Bizim.Media xəbər verir ki, bu barədə CNN iki ABŞ rəsmisinə istinadən məlumat yayıb.

“İlkin təhlillər göstərib ki, neft kəmərinin yaxınlığında yerləşən nasos stansiyaları zərər görüb”, – materialda qeyd olunub.
 

Jurnalistlər hücuma kimin məsuliyyət daşıdığının hələlik məlum olmadığını bildiriblər. Lakin rəsmilərdən birinin sözlərinə görə, neft kəmərinə İraq ərazisindən buraxılan pilotsuz uçuş aparatları ilə zərbə endirilib.


Materialda qeyd olunur ki, bərpa işlərinin nə qədər davam edəcəyi hələ məlum deyil.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin