“80-lərə virtual səyahət” – Hamı bu trendə qoşulur - VİDEO

Hazırda oxunan: “80-lərə virtual səyahət” – Hamı bu trendə qoşulur - VİDEO

636088

Fotoalbomların saralmış səhifələrində qalan 80-ci illər, indi yenidən sosial şəbəkələrdə canlanır.

Bu dəfə nostalji üçün nə köhnə fotoaparat, nə də valideynlərin sandığındakı geyimlərə ehtiyac var. 

Bir neçə saniyə kifayətdir...

İnsanlar süni intellekt vasitəsilə özlərini 80-ci illərin geyimində, ab-havasında təsəvvür edir. Süni intellekt insanları bir anda 40-45 il əvvələ aparır. Kimisi özünü 80-lərin küçələrində, kimisi həmin dövrün geyimində, kimisi isə o illərin məşhur məkanlarından birində görür.
 

Trendə adi istifadəçilərdən tutmuş məşhur simalara qədər minlərlə insan qoşulur. Ən maraqlısı isə odur ki, bu virtual səyahətin sərnişinləri arasında 80-ləri yaşayanlar da var, o illərdə heç doğulmayanlar da... Bəlkə də bu trendin populyarlığının səbəbi məhz budur: insanlar keçmişi sadəcə xatırlamaq yox, onu bir neçə saniyəlik də olsa yaşamaq istəyirlər. 80-ləri görənlər üçün bu, nostalji, görməyənlər üçün isə virtual zaman səyahətidir.


Texnologiya isə bir daha göstərir ki, bəzən keçmişə qayıtmaq üçün zaman maşınına yox, sadəcə bir şəkilə və bir toxunuşa ehtiyac var.


Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin