Tramp Cənubi Afrikaya 5 tələb irəli sürdü - SİYAHI

Hazırda oxunan: Tramp Cənubi Afrikaya 5 tələb irəli sürdü - SİYAHI

636174

ABŞ Prezidenti Donald Tramp Cənubi Afrika Respublikasının (CAR) Prezidenti Siril Ramafosaya iki ölkə arasında münasibətlərin yaxşılaşması üçün onun yerinə yetirilməli olduğu tələblərin yer aldığı məktub göndərib. 

Bizim.Media xəbər verir ki, bu barədə “The Daily Maverick” mənbələrə istinadən yazıb.

Nəşrin məlumatına görə, məktubu ABŞ-nin CAR-dakı səfiri Leo Brent Bozell Afrika liderinə təqdim edib.

Məktubda digər məsələlərlə yanaşı, aşağıdakı tələblər də yer alıb:

• CAR qoşulmama siyasətini dəstəklədiyini nümayiş etdirməlidir;

• İran kimi ABŞ-nin rəqiblərindən uzaq durmalıdır;

• Fermerlərin zorakılıqdan qorunmasına üstünlük verməlidir;

• Torpaqların kompensasiya ödənilmədən müsadirəsinə imkan verən qanunu ləğv etməlidir;

• Amerikalı investorların öz şirkətlərindəki mülkiyyət payının 30%-ni CAR-ın qaradərili vətəndaşlarına verməsini tələb edən qaydadan imtina etməlidir.
 

Cənubi Afrika Prezidentinin nümayəndəsi Vinsent Maqvenya bildirib ki, Ramafosa məktuba cavab verəcək. Lakin o, bunun konkret nə vaxt baş verəcəyini açıqlamayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin