Şəhid Cəbrayıl Dövlətzadənin doğum günüdür

Hazırda oxunan: Şəhid Cəbrayıl Dövlətzadənin doğum günüdür

636150

Bu gün Vətən müharibəsində qəhrəmancasına şəhid olan Cəbrayıl Dövlətzadənin doğum günüdür.

Bizim.Media xatırladır ki, 2001-ci il sentyabrın 11-də Sumqayıt şəhərində dünyaya göz açan Cəbrayıl Dövlətzadə cəmi 19 il ömür sürdü.

Onun uşaqlığı, arzuları, gələcəklə bağlı planları vardı. Lakin Vətən qarşısında borcunu hər şeydən üstün tutdu.
 

2019-cu ilin oktyabrından Sərhəd Qoşunlarının sıralarında hərbi xidmət keçən Cəbrayıl 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində xüsusi təyinatlıların tərkibində döyüşlərə qatıldı. O, Murovdağ istiqamətində gedən ağır döyüşlərdə göstərdiyi qəhrəmanlıqla Vətən tarixində adını yazdı.


Cəbrayıl Dövlətzadə sentyabrın 28-də Kəlbəcər rayonu ərazisində gedən döyüşlər zamanı şəhid oldu. O, II Şəhidlər xiyabanında dəfn edildi.

Ölümündən sonra Cəbrayıl Dövlətzadə “Vətən uğrunda” medalı, “Azərbaycan Bayrağı” ordeni və “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edildi.

Bu gün onun doğum günüdür. Bu gün 25 yaşı tamam olacaqdı...

Lakin Cəbrayılın ömrü yarıda qalsa da, adı və qəhrəmanlığı yaşamaqda davam edir. O, öz həyatını Vətənə fəda edən qəhrəmanlarımızdan biri kimi daim xatırlanacaq.

Doğum günün mübarək, şəhid Cəbrayıl! Ruhun şad olsun. Sənin kimi qəhrəmanların adı Vətən yaşadıqca yaşayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin