ABŞ-nin Azərbaycandakı Səfirliyinin kollektivi 11 sentyabr 2001-ci il terror hücumları və onların nəticələri zamanı həyatını itirən 3 minə yaxın insanın xatirəsini yad etmək üçün bir araya gəlib.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-nin diplomatik nümayəndəliyinin "X" sosial şəbəkəsindəki paylaşımında qeyd olunub.
Səfirliyin kollektivi hücum qurbanlarını və onların ailələrini, ağlasığmaz təhlükənin qarşısına cəsarətlə çıxan ilk müdaxilə edənləri, eləcə də həmin faciəli gündən sonra həyatı həmişəlik dəyişən hər kəsi yad etmək üçün toplaşıb.
Həmçinin hücumlardan sonra Azərbaycan da daxil olmaqla, dünyanın bir çox ölkəsinin ABŞ-yə nümayiş etdirdiyi həmrəylik xatırladılıb.
"ABŞ və Azərbaycan hərbçiləri Əfqanıstanda koalisiya qüvvələrinin tərkibində çiyin-çiyinə xidmət ediblər. Qlobal terrorizmə qarşı birgə mübarizəmizə verdiyi töhfələrə görə Azərbaycana minnətdarıq", - paylaşımda vurğulanıb.
Today, the U.S. Embassy Baku community gathered to honor the nearly 3,000 lives that were lost in the terrorist attacks of September 11, 2001 and its aftermath.
— U.S. Embassy Baku (@USEmbassyBaku) September 11, 2026
Together, we reflected on the lives of the victims and their families, the first responders who ran boldly toward… pic.twitter.com/Sex8vwWUqW
Bizim.Media



































































































