İş axtaranların NƏZƏRİNƏ – Pedoqoji Universitet vakansiya elan etdi – FOTO

Hazırda oxunan: İş axtaranların NƏZƏRİNƏ – Pedoqoji Universitet vakansiya elan etdi – FOTO

636209

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Strateji İnkişaf Mərkəzi vakansiya elan edib.

Bizim.Media xəbər verir ki, mərkəz strateji planlaşdırma, analitik təhlil və tədqiqat işlərinə töhfə verə biləcək, analitik düşünmə və tədqiqat bacarıqlarına malik, təşəbbüskar və məsuliyyətli namizədləri “Baş mütəxəssis” vəzifəsinə dəvət edib.

Əsas vəzifə öhdəlikləri

• Universitetin strateji planlaşdırma, inkişaf və analitik fəaliyyətlərinə dəstək göstərmək;

• Mərkəzin fəaliyyət istiqamətləri üzrə innovativ layihələrin təşəbbüskarı olmaq və onların icrasına rəhbərlik etmək;

• Müxtəlif istiqamətlər üzrə tədqiqat və sorğular hazırlamaq, nəticələri təhlil etmək və hesabatlaşdırmaq;

• Analitik hesabat, təhlil və təqdimatların hazırlanmasında iştirak;

• Məlumat bazalarının yenilənməsi və sistemləşdirilməsində, gündəlik fəaliyyətlərin təşkilində iştirak.

Namizədə dair tələblər

• Ali təhsil (idarəetmə, iqtisadiyyat, təhsil, siyasət, beynəlxalq münasibətlər və ya digər müvafiq sahələr üzrə);

• Magistratura səviyyəsində ali təhsil;

• Minimum 3 il müvafiq iş təcrübəsi;

• Azərbaycan dili – mükəmməl, ingilis dili – arzuolunandır;

• Analitik düşünmə, tədqiqat aparmaq və mətn/hesabat hazırlamaq bacarığı;

• MS Office və ya Google Workspace proqramlarında sərbəst işləmək bacarığı;

• Komanda işi, məsuliyyətlilik, dəqiqlik və vaxtın idarə edilməsi keyfiyyətləri.

Əlavə məlumatlar

- İş yeri: ADPU-nun V tədris binası (ARTİ-nin Təhsil Texnologiyaları Mərkəzi, Bakı şəhəri, Fətəli Xan Xoyski küçəsi 109)

- İş qrafiki: Bazar ertəsi–Cümə | 09:00–18:00

- Əmək haqqı: Ştat cədvəlinə uyğun

Müraciət qaydası

Namizədlər CV-lərini “Strateji İnkişaf Mərkəzi – Baş mütəxəssis” başlığı ilə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq. Son müraciət tarixi: 21.09.2026 | 18:00-dək.

Qeyd edək ki, ADPU SİM universitetin strateji inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi, strateji planlaşdırma və monitorinq, analitik fəaliyyət, innovasiya və tədqiqat təşəbbüslərinin koordinasiyası istiqamətində fəaliyyət göstərir.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin