SAXAL: Qəzzada HƏMAS-ın iki hərbi komandiri məhv edilib

Hazırda oxunan: SAXAL: Qəzzada HƏMAS-ın iki hərbi komandiri məhv edilib

636163

İsrail hərbçiləri Qəzza zolağında keçirdikləri hədəfli əməliyyatlar nəticəsində radikal Fələstin hərəkatı HƏMAS-ın silahlı dəstələrinin iki komandirini öldürüb. 

Bizim.Media xəbər verir ki,  bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Onlardan biri HƏMAS-ın Xan-Yunis şəhərindəki hərbi qanadının komandiri Məhəmməd Yəzuridir. O, sentyabrın 11-nə keçən gecə endirilən hədəfli zərbə nəticəsində öldürülüb.

İsrail ordusunun məlumatına görə, onunla birlikdə HƏMAS-ın eyni bölməsindən daha iki silahlı şəxs də öldürülüb.

Digər əməliyyat zamanı isə Qəzza zolağının Misirlə sərhədində yerləşən Rəfah şəhəri ərazisində Müəmin Cabir əs-Səid Əbu Ləbdə öldürülüb. İsrail hərbçilərinin məlumatına görə, o, Rəfahda HƏMAS-ın snayper bölməsinə komandanlıq edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin