Ermənistanda Türkiyə hərbi bazası olacaq - Karapetyan

Hazırda oxunan: Ermənistanda Türkiyə hərbi bazası olacaq - Karapetyan

636183

Ermənistan ərazisində ya Rusiya, ya da Türkiyənin hərbi bazası olacaq. Seçim isə Ermənistan xalqınındır.

Bizim.Media “Globalinfo.az”a istinadən xəbər verir ki, bunu “Güclü Ermənistan” blokunun lideri, iş adamı Samvel Karapetyan Ermənistanın Baş naziri Nikol Paşinyanın 102-ci Rusiya hərbi bazasının ölkədən çıxarılmasına etiraz etməyəcəkləri barədə açıqlamasını şərh edərkən deyib.

“Başsız qalacağıq. Yaxud ərazimizdə Türkiyənin hərbi bazası yerləşəcək. Nəhayət, burada hansısa baza olmalıdır. Bu, ya Rusiya, ya da Türkiyə bazası olacaq. Seçim sizindir”, – deyə Karapetyan bildirib.
 

Qeyd edək ki, sentyabrın 3-də keçirilən brifinqdə Nikol Paşinyan Ermənistan hakimiyyətinin 102-ci Rusiya hərbi bazasının ölkə ərazisindən çıxarılması məsələsini heç vaxt gündəmə gətirmədiyini deyib.


O qeyd edib ki, Rusiya belə bir qərar versə, İrəvan buna etiraz etməyəcək. Paşinyanın sözlərinə görə, Ermənistan hakimiyyəti Rusiya hərbi bazasının ölkədə qalmasını həyati zərurət hesab etmir.
 

Baş nazir bunu Rusiya Prezidenti Vladimir Putinin 102-ci hərbi bazanın Ermənistandan elə sabah çıxarıla biləcəyi barədə açıqlamasını şərh edərkən deyib.

102-ci Rusiya hərbi bazası 1995-ci ildə imzalanmış dövlətlərarası müqaviləyə əsasən Ermənistan ərazisində yerləşdirilib. 2010-cu ildə müqaviləyə dəyişiklik edilərək bazanın Ermənistanda qalma müddəti ilkin 25 ildən 49 ilədək uzadılıb. Müvafiq olaraq, bazanın ölkə ərazisində qalma müddəti 2044-cü ilədək müəyyənləşib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin