"Delta Airlines" aviaşirkətinin Los-Ancelesdən Nyu-Yorka uçan sərnişin təyyarəsi pilotların kabinəsində yayılan tüstü və yanıq qoxusu səbəbindən Albukerke şəhərində təcili eniş edib.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Federal Aviasiya İdarəsi məlumat yayıb.
"Boeing 767" gəmisinin göyərtəsində məşhur aktyorlar Endryu Qarfild (Andrew Garfield), Ouen Til (Owen Thiele), Nik Robinson (Nick Robinson), həmçinin "Love Island" şousunun iştirakçısı Dilan Vrona (Dylan Vrona) və müğənni Mark Ambor (Mark Ambor) da olub.
Aviaşirkət sərnişinlərdən üzr istəyərək onların Nyu-Yorka çatdırılması üçün tez bir zamanda yeni reys təşkil olunacağını bildirib. Hadisə zamanı sərnişinlər və heyət üzvlərindən xəsarət alan olmayıb.
Hadisədən sonra aktyor Ouen Til sosial şəbəkə hesabında paylaşım edib. O, zarafatla qeyd edib ki, əgər təyyarə qəzaya uğrasaydı, yəqin ki, qəzetlərin manşetlərində "Endryu Qarfild və digər ulduzlar həlak oldu" yazılacaqdı. Nik Robinson isə Ouen Til ilə fotosunu paylaşaraq özlərini zarafatla "sağ qalanlar" adlandırıb.
Bizim.Media


































































































