Xəbər verdiyimiz kimi, bu gündən etibarən sentyabrın 14-ü zaat 12:00-a kimi Peşə təhsil müəssisələrinə qəbulun III mərhələsi davam edəcək.
Ancaq burada şagirdlər üçün sual altında qalan bəzi məqamlar var. İlk olaraq, maraqlıdır ki, qeydiyyat ayın 14-ü bitirsə, qəbul olanlar ayın 15-i dərslərdə iştirak edə biləcəklər?
Bəs nəticələrin açıqlanması, onların sənəd qəbulu prosesi necə tənzimlənəcək?
Bizim.Media mövzuyla əlaqədar Peşə Təhsili üzrə Dövlət Agentliyinə sorğu ünvanlayıb.
Agentlikdən sorğumuza cavab olaraq bildirilib ki, nəticələr elə sentyabrın 14-ü qeydiyyat dayandıqdan sonra çıxacaq.
"Qəbul olan tələbələr sentyabrın 15-i dərsdə iştirak edəcəklər. Peşə təhsil müəssisələrinə qəbul olan məktəbə qayıda bilmir. Lakin tələbə eksternat qaydada sonradan imtahan verib, 11-ci sinifin attestatını ala bilir",- deyə açıqlamada bildirilib.
Qeyd edək ki, qəbul prosesinin III mərhələsində təxmini 2000 boş plan yeri müsabiqəyə çıxarılıb.
Nəzrin Mirzəyeva, Bizim.Media




































































































