Maykl Ceksonun anasının lüks avtomobili hərraca çıxarıldı - FOTO

Hazırda oxunan: Maykl Ceksonun anasının lüks avtomobili hərraca çıxarıldı - FOTO

636187

Maykl Ceksonun anasına məxsus 1984-cü il istehsalı "Rolls-Royce Silver Spur" avtomobili "Monza Car" hərracında satışa çıxarılıb.

Bizim.Media RBK-ya istinadən xəbər verir ki, satıcı avtomobilin 1984-cü ildə əfsanəvi musiqiçi və onun qardaş-bacıları tərəfindən Analar Günü münasibətilə hədiyyə olaraq alındığını bildirib. 

Avtomobilin hazırkı sahibi onu 1999-cu ildə əldə edib və maşının əla vəziyyətdə olduğunu iddia edir.

Söhbət 6,75 litrlik benzin V8 mühərriki və avtomat sürət qutusu ilə təchiz olunmuş uzunbazalı "Silver Spur" sedanından gedir. Avtomobilin yürüşü 73 274 mil (təxminən 118 min km) təşkil edir. Banı bej rəngdə olan maşının salonu da açıq tonlarda işlənilib.

Avtomobillə birlikdə lotun tərkibində "BWLYM" nömrə nişanı da təqdim olunur. Satıcının sözlərinə görə, bu hərflər "Because We Love You Mother" ("Çünki biz səni sevirik, ana") ifadəsinin abreviaturasıdır. Həmçinin "Rolls-Royce"a avtomobilin tarixini təsdiqləyən orijinal sənədlər də əlavə edilir.

Qeyd edək ki, həmin avtomobil artıq 2025-ci ilin dekabrında "Cars & Bids" hərracında satışa çıxarılmışdı. O zaman təkliflər 10 500 dollar həddində dayansa da, satıcının gözlədiyi minimum rezerv qiymətə çatmadığı üçün satış tutmamışdı.






Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin