Bu gün səhər saatlarından İranda ölkənin mərhum Ali Lideri Seyid Əli Xameneinin vida mərasiminə start verilib.
Bizim.Media İran mətbuatına istinadən xəbər verir ki, mərasim paytaxt Tehranın Böyük Müsəlla məscidində başlayıb.
Tədbirdə din xadimləri və xarici ölkələrin rəsmiləri iştirak edir.
Qeyd edək ki, mərasimin proqramına əsasən, vida mərasimləri təkcə İranda deyil, İraqın Nəcəf və Kərbəla şəhərlərində də keçiriləcək. Sabiq dini liderin cənazəsi iyulun 8-də İraqa aparılacaq.
Bütün mərasimlərdən sonra Ayətullah Seyid Əli Xamenei öz vəsiyyətinə uyğun olaraq iyulun 9-da Məşhəd şəhərində torpağa tapşırılacaq.



Bizim.Media

- A-
- A
- A+
Region
09:51 / 03.07.2026
Tehranda Xamenei ilə vida mərasimi başladı – FOTO -VİDEO
Hazırda oxunan: Tehranda Xamenei ilə vida mərasimi başladı – FOTO -VİDEO
Hazırda oxunan: Tehranda Xamenei ilə vida mərasimi başladı – FOTO -VİDEO
623009
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































