İyulun 3-nə keçən gecə Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Belqorod şəhəri və ətraf rayonlarını raket atəşinə tutması nəticəsində 1 mülki şəxs həlak olub, şəhərin kritik enerji infrastrukturuna ciddi ziyan dəyib.
Bizim.Media xəbər verir ki, bu barədə regional operativ qərargah məlumat yayıb.
Məlumata görə, raket zərbələri nəticəsində Belqorod şəhərində fərdi avtomobildə olan bir qadın qəlpə yaralarından hadisə yerindəcə keçinib. Eyni zamanda partlayış dalğası və qəlpələr azı 5 nəqliyyat vasitəsinə ziyan vurub.
Atəş dalğası şəhərin əsas infrastruktur obyektlərini iflic edib.
"Pepel" nəşrinin verdiyi məlumata görə, raketlər şəhərin cənub hissəsini enerji ilə təmin edən "Yujnaya" elektrik yarımstansiyasını və "Enerqo" İES-in (İstilik Elektrik Stansiyası) ərazisindəki infrastrukturu hədəf alıb. Hər iki obyektdə güclü yanğın başlayıb və şəhərin üzərini qara tüstü dumanı bürüyüb.
Ukraynanın monitorinq kanalları hücum zamanı Rusiyanın müdafiə sənayesi kompleksinin tərkibinə daxil olan və strateji əhəmiyyət kəsb edən "Enerqomaş" zavodunun da hədəf alındığını və vurulduğunu iddia edirlər.
Kritik obyektlərin zədələnməsi səbəbindən Belqorodun bir sıra yaşayış massivlərində elektrik enerjisi və içməli suyun verilişi tamamilə dayanıb.
Regional rəsmilər qəza-bərpa və yanğınsöndürmə briqadalarının hadisə yerlərinə cəlb olunduğunu, infrastrukturun bərpası istiqamətində işlərin aparıldığını bəyan ediblər.
Bizim.Media

- A-
- A
- A+
Dünya
10:50 / 03.07.2026
Ukraynadan Belqoroda kütləvi RAKET HÜCUMU – Şəhər susuz, işıqsız qaldı – VİDEO
Hazırda oxunan: Ukraynadan Belqoroda kütləvi RAKET HÜCUMU – Şəhər susuz, işıqsız qaldı – VİDEO
Hazırda oxunan: Ukraynadan Belqoroda kütləvi RAKET HÜCUMU – Şəhər susuz, işıqsız qaldı – VİDEO
623020
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































