“İsrail Müdafiə Ordusu (İDF) ehtiyac yaranacağı təqdirdə İrana qarşı müstəqil şəkildə müharibə aparmağa hazır olmalıdır.
Bizim.Media "The Jerusalem Post" nəşrinə istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri İsrael Kats bəyan edib.
Məlumata görə, müdafiə naziri ordunun rəhbərliyinə konkret tapşırıqlar verib:
"İsrail Müdafiə Ordusunun Baş Qərargahı hər hansı təhdidləri aradan qaldırmaq üçün, zərurət yaranarsa, İrana qarşı müstəqil şəkildə zərbə endirməyə tam hazır vəziyyətdə olmalıdır".
Qeyd edək ki, İsrail tərəfindən səslənən bu hədələrə rəsmi Tehranın reaksiyası gecikməyib.
İranın xarici işlər naziri Abbas Araqçi İsrail rəhbərliyini İslama qarşı təhdid dolu bəyanatlardan çəkinməyə çağırıb. XİN rəhbəri vurğulayıb ki, Tehrana qarşı hər hansı bir real təhlükə yaranacağı təqdirdə, İran tərəfi düşmənə "anında və dağıdıcı güclə" cavab verəcək.
Bizim.Media

- A-
- A
- A+
Dünya
10:29 / 03.07.2026
İsrailin müdafiə nazirindən XƏBƏRDARLIQ: “İrana təkbaşına da zərbə endirə bilərik”
Hazırda oxunan: İsrailin müdafiə nazirindən XƏBƏRDARLIQ: “İrana təkbaşına da zərbə endirə bilərik”
Hazırda oxunan: İsrailin müdafiə nazirindən XƏBƏRDARLIQ: “İrana təkbaşına da zərbə endirə bilərik”
623016
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































