Sərdar Cəlaloğlu: “Onlar müttəfiqdirlər və bu müttəfiqliyin adı türk-İslam soyqırımı müttəfiqliyidir”x9d
ADP sədri Sərdar Cəlaloğlu Moderator.az-a və "Hürriyyət" qəzetinəxa0müsahibə verib. Həmin müsahibəni oxucuların diqqətinə çatdırırıq:
-Sərdar bəy, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verənlər “Xocalı soyqırımı”x9d, “Xocalı faciəsi”x9d, “Xocalı qırğını”x9d və s. kimi ifadələrlə gündəmə daşınır. Sizcə Xocalıda yaşananların əsl adı, əsl mahiyyəti nədir? Biz bu olayı dünyaya hansı adla tanıtmalıyıq?
-Xocalıda baş verənləri faciə kimi dəyərləndirmək yanlışdır. Faciə hara, günahkar hara? Faciə nə deməkdir? Faciə sözünün mənası insanın öz əməllərindən başına gələn qəzavü-qədər deməkdir. Xocalıda faciə baş verməyib. Xocalıda beynəlxalq hüquqla genosid adlandırılan və beynəlxalq cinayət hesab edilən genosid cinayəti baş verib. Biz baş verənlərə Xocalı soyqırımı deməliyik. Bunu faciə adlandırmaq olmaz. Biz Xocalıda baş verənləri faciə adlandırmaqla həm də dünyanı çaşdırırıq. Çünki dünya anlaya bilmir ki, faciəyə görə niyə kimsə məsuliyyətə cəlb olunmalıdır? Məsələn, İndonaziyada sunami oldu və ya Yaponiyada zəlzələ oldu, minlərlə insan öldü. Yəni böyük faciələr yaşandı. Suanmini həbs etdilər, yoxsa zəlzələni cəzalandırdılar? Bu baxımdan nə Xocalıda baş verənləri, nə də 1990-cı ilin 20 yanvar tarixində yaşananları faciə adlandırmaq doğru deyil. Xocalıda baş verənlər bir xalqın başqa xalqa qarşı həyata keçirdiyi soyqırımı cinayətidir. Biz sonuncu dəfə bununla bağlı bir şüar qaldırmışdıq və bildirmişdik ki, Xocalıda baş verənlər İslam-türk soyqırımıdır. Bu soyqırımın adı məhz İslam-türk soyqırımıdır. Onun adı Xocalı soyqırımı da deyil. Adama deyərlər ki, soyqırımı nədir, Xocalı nədir? Niyə yəhudilər yəhudi soyqırımı deyir, demirlər ki, Buhenvald soyqırımı? Yəhudiləri Buhenvaldda da, Xolokosda da öldürüblər. Ancaq onlar Xolokost soyqırımı demir. Ermənilər niyə özləri ilə bağlı “erməni soyqırımı”x9d ifadəsini işlədir, demirlər ki, Leninakan soyqırımı?
Biz azərbaycanlılar hətta başımıza gətirilən oyunların adını belə düzgün qoya bilmirik. Əgər kimə Xocalıda baş verənlərə Xocalı soyqırımı deyirsə, bu, genosid ola bilməz. Çünki Xocalı yer adıdır, millət adı deyil. Biz buna türk soyqırımı deməliyik. Çünki orda öldürülənlərin hamısı türklərdir, o cümlədən də Axıska türkləridir. Niyə 30 mart qırğınına türk-müsəlman soyqırımı deyirik? Ona görə ki, orada ləzgilər də, talışlar da, kürdlər də öldürülüb. Yəni müsəlmanlar öldürülüb. Orda xristian-müsəlman qarşıdurması, yəni dinlərarası müharibə olub. Cəfər Cabbarlı da “1905-ci ildə”x9d pyesində elə bunu yazıb. Biz dünyanı baş verənlərə inandırmaq üçün terminalogiyadan düzgün istifadə etməliyik. Bəzən biz özümüz baş verənlərə qoyduğumuz adlarla işin mahiyyətini dəyişdiririk. Ortalıqda ermənilərin Azərbaycan türklərinə qarşı həyata keçriiyi soyqırımı siyasəti var. Bu, yer olaraq Xocalıda baş verib. Biz yer olaraq hadisənin Xocalıda baş verdiyini deyə bilərik. Lakin buna Xocalı soyqırımı deməyimiz doğru deyil.
-Xocalıda baş verən soyqırımının dünya tərəfindən hələ də tanınmaması nə ilə bağlıdır?
-Bütün dünyada soyqırımı problemlərinin həlli var. Azərbaycan bu soyqırımının tanınması ilə bağlı yalnız bir istiqamətdə - siyasi istiqamətdə iş aparır. Lakin biz gördük ki, serblərin Bosniyada həyata keçirdiyi soyqırımı qısa bir müddət ərzində tanındı. Həmin iş Avropa Məhkəməsinə verildi və serblərin liderləri tutuldu. Onlar məsuliyyətə cəlb edildi. Indi mən soruşuram, Azərbaycan Xocalıda baş verən hadisələrlə bağlı beynəlxalq məhkəməyə müraciət edibmi? Etməyib. Bu məsələni sadəcə bir müstəvidə aparıb və bir növ belə düşünüb ki, başqa müstəvidə də nəticəsi olmayacaq. Gəlin baxaq görək, Azərbaycan nə zaman problemin hüquqi müstəvidə həllinə təşəbbüs göstərib?
Azərbaycanda o qədər hüquqi nihilizm var ki, heç bir məsələdə Azərbaycan hökuməti hüququ yada sala bilmir. Nə 20 Yanvar hadisəsinə hüquqi qiymət vermək yadına düşür, nə də digər məsələlərdə. 20 Yanvar olaylarını rus qoşunları törədib. Baxaq görək 20 Yanvarla bağlı Rusiyaya qarşı beynəlxalq məhkəmədə iş qaldırılıb? Xocalıda baş verən soyqırımı ilə bağlı da beynəlxalq məhkəmədə iş qaldırılmayıb. Əgər beynəlxalq məhkəmədə bu məsələlərlə bağlı iddia qaldırılmayıbsa, biz necə gedə bilərik ki, məsələ hüquqi qiymətini almayıb? Hüquqi qiymətini alması üçün ortada bir təşəbbüs olmalıdır. Baxın, əgər bir adam gedib öz pozulan hüquqları ilə bağlı məhkəməyə müraciət etməsə, məhkəmə onun problemini araşdırar? Müqəssirlərin aşkarlanıb məsuliyyətə cəlb edilməsi üçün tədbir görər? Görməz.
Azərbaycan hökuməti bu günə qədər beynəlxalq məhkəməyə müraciət etməyib. Rusiya və Ermənistana qarşı məhkəmə iddiası qaldırmayıb. Özü də baş verənlər sadəcə ermənilərin həyata keçridiyi soyqırım deyil. Bu rus-erməni alyansının, xristianların Azərbaycanlılara, müsəlmanlara qarşı törətmiş olduğu soyqırımdır.
-Deməli bütün hallarda baş verənlrədə Rusiya məsuliyyət payı kifayət qədər ciddidir?
-Şübhəsiz. Bu məsələdə Rusiyanı bir kənara qoysanız, baş verənlərdən heç nə anlamaq mümkün olmayacaq. Bu işin perspektivi olmayacaq. Rusiya və Ermənistan bir yerdə məhkəməyə verilməlidir. Bu yaxınlarda mətbuatda da qarşı tərəf özü bildirdi ki, ermənilər 36 min verib, hadisəni rus qoşunları törədib. 366-cı polk rus qoşunudur. Sovetlərin varisi Rusiya, onun başında dayanan isə Putindir. Putin məhkəməyə verilməlidir. Həmin o generalların, zabirlərin bir çoxu Rusiyada yüksək vəzifələrdədir. Bu adamlar məhkəməyə verilməyəndən sonra 3-4 erməni dığasının ad kimi siyahıda yer almasının nə əhəmiyyəti var? Həmin o 3-4 ermənini məhkəməyə versəniz də, bunun bir nəticəsi olmayacaq. Çünki onlar bildirəcəklər ki, baş verənlərə görə biz niyə cavab verməliyik ki? Biz məgər tank sürmüşük, ordu komandanı olmuşuq, orduya rəhbərlik etmişik ki, məsuliyyəti də biz daşıyaq? Ermənilər deyəcək ki, 366-cı polk rus qoşunudur, biz ona necə əmr verə bilərdik ki?
Serbiyada serb qoşunlarının başında dayanan şəxsi, generalı həbs etdilər. Dedilər ki orduya sən əmr vermisən, sən rəhbərlik etmisən, buna görə də sən məsuliyyət daşıyırsan.
Bir də o əmrin icraçıları var. Xocalıda da bir soyqırımının törədilməsi üçün əmr verən ruslar, ölən insanların başının dərisini qopardanlar isə ermənilər olub. Ermənilər bu məsələdə meyidləri təhqir etdikləri üçün məsuliyyət daşıyır. Amma tankla hücum edib insanları qıran ruslar olub. Biz rusları məhkəməyə verməliyik.
-Sizcə 20 Yanvar olayları ilə Xocalıda baş verən soyqırım arasında bir əlaqə, bir bağlantı mövcuddurmu?
-Bizim 90-cı ilin 20 yanvar günündə baş verənlərlə Xocalıda baş verənləri ayrı-ayrı müzakirə etməyimiz, onlara ayrı hadisələr kimi baxmağımız yanlışdır. Çünki hər iki hadisə mahiyyət etibari ilə eynidir. Hər ikisində soyqırım baş verib. Həm Xocalıda, həm də Bakıda soyqırımını eyni qüvvələr həyata keçirib. Xocalıda da hadisəni törədən rus və ermənilər olub, Bakıda da. 20 Yanvarla Xocalı hadisəsi birləşdirilməlidir. Beynəlxalq məhkəməyə müraciət olunmalıdır. Hədəf kimi də rus-erməni alyansı göstərilməlidir. Orda adlar da var ki, onları da təqdim etmək olar. Lakin bu, artıq fərdi məsuliyyətdir.
Necə ki, Putin fəxrlə söylədi ki, biz Azərbaycan dövlətinin notasına cavab olaraq bilirdik ki, biz Ermənilərlə müttəfiqik. Onlar Xocalıda baş verən soyqırımda da müttəfiq olublar. 20 Yanvar 1990-ı il tarixindəki soyqırımda da müttəfiq olublar. 30 mart 1918-ci ilin qırğınında da ruslarla ermənlər müttəfiq olub. Bu mütəfiqlik türk-İslam soyqırımı müttəfiqliyidir. Bu müttəfiqlik Rusiya və Ermənistan, rus və erməni xalqları arasına strateji müttəfiqlik deyil. Bunlar qonşu bir xalqa qarşı soyqırımı siyasətində müttəfiqdirlər. Bu müttəfiqlik biz ayılana, ağı qaradan seçənə qədər, dostu düşməndən ayırana qədər davam edəcək və p zaman kimi də bizə qarşı bu cür cinayətlər davam edəcək.
30 mart hadisələrindən sonra ağlımız başımıza gəlmədi. 20 Yanvar hadisəsi də ağlımızı başımıza gətirmədi. Xocalıda baş verənlər də bizi oyatmadı. Azərbaycan xalqı öz tarixində baş verən hadisələr arasındakı məntiqi əlaqəni dərk edə bilmir. Hələ anlaya bilmir ki, 30 mart 1918-ci ildə baş verən hadisə ilə Xocalıda baş verən hadisə arasında nə kimi əlaqə var? 20 Yanvarla Xocalıda baş verənlər arasında necə bri əlaqə mövcuddur? Xalq bunu təsəvvüründə birləşdirə bilmir. Buna görə də qabağında olan düşmənin kim olduğunu da dərk edə bilmir. Üzləşdikləri cinayətləri, soyqırımlarını ayrı-ayrı şəxslərin adı ilə əlaqələndirirlər. Xalqın özünün fikri dağınıqdır. Bunun səbəbi isə Rusiyanın Azərbaycandakı qulbeçələrinin əsl həqiqətin üzə çıxmasına imkan verməməsidir.
Dəfələrlə həm 20 Yanvar, həm də Xocalıda baş verənlər Milli Məclisdə müzakirə olunub. Lakin Milli Məclis nə Xocalıda baş verənləri, nə də 20 Yanvar günü yaşananları soyqırımı kimi tanımayıb. Bu hadisələrdən heç birinə siyasi-hüquqi qiymət verməyib. Əgər sən özün buna qiymət verməmisənsə, başqalarından necə qiymət tələb edə bilərsən? Odur ki, Azərbaycan öncə baş verənlərə özü qiymət verməli, sonra başqalarından nə isə tələb etməlidir”x9d.
Seymur Əliyev

































































































