Ukraynanın Xarkov şəhərində Rusiya hücumu nəticəsində “Epitsentr” ticarət mərkəzinin sonuncu mağazası və digər anbarlar zərər görüb. Dörd nəfər yaralanıb, onlardan üçü xilasedicidir.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti məlumat yayıb.
Zaporojyedə də ticarət obyektlərindən biri zərər görüb. Yanğın qısa müddətdə söndürülüb, xəsarət alan olmayıb.
Bundan başqa, Vinnitsada pilotsuz uçuş aparatı yaşayış binasının ikinci və üçüncü mərtəbələri arasına düşüb. Nəticədə dörd mənzil dağılıb. Xilasedicilər binadan altı nəfəri çıxarıblar, daha altı nəfər xəsarət alıb.
Həmçinin yaşlılar üçün nəzərdə tutulmuş özəl pansionat zərər görüb. Oradan 15 nəfər təxliyə edilib.
Bizim.Media



































































































