Bu gün Qubadlı Şəhəri Günüdür

Hazırda oxunan: Bu gün Qubadlı Şəhəri Günüdür

644082

Bu gün Azərbaycanda Qubadlı Şəhəri Günü qeyd edilir.

Bizim.Media  xatırladır ki, 6 il əvvəl, 2020-ci il oktyabrın 25-də, Vətən müharibəsinin 29-cu günü Qubadlı şəhəri və ətraf kəndlər Ermənistan Silahlı Qüvvələrinin işğalından azad olunub.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev həmin gün tviter hesabında bununla bağlı paylaşım edib. Paylaşımda bildirilib: “Bu gün Azərbaycan Ordusu Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərini işğalçılardan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”.

Həmin il dekabrın 23-də Prezident İlham Əliyev Qubadlıda Azərbaycan Bayrağını ucaldıb.

Dövlətimizin başçısının 2023-cü il iyulun 31-də imzaladığı müvafiq Sərəncama əsasən, şəhərin işğaldan azad edildiyi 25 oktyabr tarixi Qubadlı Şəhəri Günü kimi qeyd olunur.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin