Qarşıdakı 3 ayda da anomal istilər gözlənilir - Dünya Meteorologiya Təşkilatı

Hazırda oxunan: Qarşıdakı 3 ayda da anomal istilər gözlənilir - Dünya Meteorologiya Təşkilatı

644061

Dünya Meteorologiya Təşkilatı (WMO) qarşıdakı aylarda "El-Ninyo" iqlim hadisəsinin qarşıdakı 3 ayda daha da güclənəcəyini proqnozlaşdırır.

Bizim.Media xəbər verir ki, təşkilatın oktyabrın 21-də yayımladığı mövsümi iqlim yenilənməsinə əsasən, 2026-cı ilin noyabrından 2027-ci ilin yanvarınadək Sakit okeanın mərkəzi və şərq hissələrində dəniz səthinin temperaturu normadan xeyli yüksək olacaq. Proqnozlara görə, temperatur anomaliyası dekabrda pik həddə çataraq təxminən 3,8 dərəcəyə yüksələ bilər.
 

"El-Ninyo" Sakit okeanın ekvatorial hissəsində səth sularının qeyri-adi istiləşməsi ilə xarakterizə olunan təbii iqlim hadisəsidir. Bu proses dünyanın müxtəlif bölgələrində temperatur və yağıntı rejiminə təsir göstərərək bəzi ərazilərdə quraqlıq, digərlərində isə güclü yağış və daşqın riskini artıra bilər.


WMO-nun qiymətləndirməsinə görə, qarşıdakı mövsümdə Hind okeanında müsbət Hind okeanı dipolu göstəricisinin tədricən normaya yaxınlaşacağı, ekvatorial Atlantik okeanında isə su səthinin temperaturunun normadan yüksək qalacağı gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin