Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində bir neçə partlayış səsi eşidilib.
Bizim.Media "Agence France-Presse" agentliyinə istinadən xəbər verir ki, şəhərdə azı üç partlayış qeydə alınıb.
Ərəb koalisiyasının rəsmi nümayəndəsi Turki əl-Maliki bildirib ki, alyans qüvvələri Yəməndəki qiyamçı "Ənsar Allah" (husilər) hərəkatı tərəfindən Ər-Riyad istiqamətində atılmış ballistik raketi aşkarlayaraq zərərsizləşdiriblər.
Məlumata görə, zərərsizləşdirilən raket koalisiya qüvvələri tərəfindən gecə ərzində vurulan azı üçüncü hava hədəfi olub.
Bizim.Media































































































