Oktyabrın 24-də Fransada keçirilən kütləvi aksiyalar zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları 1000-ə yaxın insanı saxlayıb.
Bizim.Media "BFMTV" telekanalına istinadla xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Loran Nunyes bildirib.
Xatırladaq ki, oktyabrın 18-də Fransa Prezidenti Emanuel Makron hökumətdən etirazların bir daha təkrarlanmaması üçün qətiyyətli tədbirlər görməyi tələb etmişdi. Dövlət başçısı iğtişaşlarda təqsirkar olanların cəzalandırılacağını və zərər çəkmiş biznes sahiblərinə dəstək veriləcəyini vəd etmişdi.
Lakin E.Makronun siyasi opponentləri onun bu çıxışını "acınacaqlı" adlandıraraq, ölkədəki sosial narazılığa görə məsuliyyəti birbaşa prezidentin üzərinə qoyublar.
<iframe width="1321" height="743" src="//www.youtube.com/embed/mPQ4R7hsnJw" title="On the streets of Paris as protests erupt across France" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>
Bizim.Media
































































































