Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı yeni detallar məlum olub.
Bizim.Media xəbər verir ki, qətli törədənlərin "Sabunçu Emin" ləqəbli Emin Rəhimov və MMA döyüş növü üzrə idmançı Elmar Cəfərov olduğu bəlli olub.
Hadisə yerindən qaçaraq gizlənən həmin şəxslər DTX tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilərək saxlanılıb.
Qeyd edək ki, dəhşətli cinayətdə öldürülən Ceyhunun isə öz ətrafında "Ceyhun Sabunçu" adı ilə tanındığı bildirilir.
Hadisənin baş verdiyi ərazidə görüşü deputat Arzuxan Əlizadənin oğlu Əhməd təşkil edibmiş.
Deputatın oğlu da daxil olmaqla hadisə ilə bağlı 9 nəfər müxtəlif əməllərə görə, Elmar Cəfərov, Emin Rəhimov və isə qəsdən adamöldürməyə görə saxlanılıblar.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
19:44 / 24.10.2026
Kütləvi dava ilə əlaqədar deputatın oğlu da daxil olmaqla 9 nəfər saxlanıldı - DTX-dən əməliyyat
Hazırda oxunan: Kütləvi dava ilə əlaqədar deputatın oğlu da daxil olmaqla 9 nəfər saxlanıldı - DTX-dən əməliyyat
Hazırda oxunan: Kütləvi dava ilə əlaqədar deputatın oğlu da daxil olmaqla 9 nəfər saxlanıldı - DTX-dən əməliyyat
644041
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































