Bakıda FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasimi keçirilib.
Bizim.Media xəbər verir ki, tədbir Bakı Kristal Zalında təşkil olunub.
Mərasimdə turnirin Təşkilat Komitəsinin sədri Samir Şərifov və FIFA prezidenti Canni İnfantino çıxış edərək yarışın əhəmiyyətindən danışıblar.
Rəsmi şəxslərin çıxışlarından sonra açılış mərasiminin bədii proqramı təqdim olunub. Sonda FIFA-nın və iştirakçı ölkələrin bayraqları meydana gətirilib.
FIFA-ya üzv 189 ölkənin komandalarının iştirak etdiyi turnir çərçivəsində ümumilikdə 1000-ə yaxın oyunun keçirilməsi nəzərdə tutulur.
Oktyabrın 30-dək davam edəcək yarışın oyunları Hövsan Yarış Kompleksində təşkil olunacaq. Açılış mərasimi kimi final mərasimləri isə Bakı Kristal Zalında keçiriləcək.
Bizim.Media



































































































