Bolqarıstan Olimpiya Komitəsinin vitse-prezidenti güllələnib – 3 nəfər saxlanılıb

Hazırda oxunan: Bolqarıstan Olimpiya Komitəsinin vitse-prezidenti güllələnib – 3 nəfər saxlanılıb

644035

Bolqarıstan Olimpiya Komitəsinin vitse-prezidenti, Taekvondo Federasiyasının prezidenti, sahibkar və siyasətçi Slavi Binev Sofiyada qətlə yetirilib.

Bizim.Media xəbər verir ki, NOVA telekanalının Bolqarıstan Milli Polis Baş İdarəsinə istinadən yaydığı məlumata görə, hadisə oktyabrın 24-də paytaxt Sofiyanın Pavlovo rayonunda baş verib.

Məlumatda bildirilir ki, hadisə ilə bağlı səhər saatlarında polisə məlumat daxil olub. Hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşları Binevin öldüyünü müəyyən ediblər.

Qətldə şübhəli bilinən üç nəfər Sofiyadan kənarda, “Trakiya” avtomagistralının 54-cü kilometrliyində, “Trayanovi Vrata” tunelinin yaxınlığında saxlanılıb.

Onların ikisinin Türkiyə adları daşıdığı, üçüncü şəxsin isə Bolqarıstan şəxsiyyət vəsiqəsinin olduğu bildirilir. 

Saxlanılanların üzərində iki silah aşkarlanıb.

Bolqarıstan rəsmilərinin ilkin açıqlamasına görə, saxlanılan şəxslər Binevlə tanış olublar və onun evinə tez-tez baş çəkiblər. Onların tikinti sahəsində fəaliyyət göstərdiyi, Sofiyada iki yaşayış kompleksi inşa etdikləri bildirilir.

Polis qətlin motivini araşdırır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin