Husilərdən Ər-Riyad aeroportu ilə bağlı XƏBƏRDARLIQ

Hazırda oxunan: Husilərdən Ər-Riyad aeroportu ilə bağlı XƏBƏRDARLIQ

644083

Yəmənin "Ənsar Allah" (husilər) hərəkatının hərbi nümayəndəsi Yəhya Sarea Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində yerləşən Kral Xalid Beynəlxalq Hava Limanını hərbi hədəf adlandıraraq, aviaşirkətlərə bu aeroportdan istifadə etməyin təhlükəli olduğu barədə xəbərdarlıq edib.

Bizim.Media TASS agentliyinə istinadla xəbər verir ki, Y.Sarea bu barədə özünün "Telegram" kanalında bildirib.

"Silahlı qüvvələr (husiçi birləşmələri) bütün aviaşirkətlərə, onların əməkdaşlarına və sərnişinlərə xəbərdarlıq edir ki, Ər-Riyaddakı Kral Xalid Hava Limanından istifadə etməsinlər. Həmin obyekt qoşunlarımızın hərbi hədəfi olduğuna görə təhlükəsiz deyil", – deyə o yazıb.

Husilərin hərbi nümayəndəsi vurğulayıb ki, aeroport növbəti hücumların hədəfi olacağı üçün heç vaxt "təhlükəsiz yer" sayılmayacaq. Y.Sarea hava limanının istismarının davam etdirilməsinə görə bütün məsuliyyətin Səudiyyə Ərəbistanının üzərinə düşdüyünü bəyan edib.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin