Obama Trampı tənqid etdi: “Ağ Ev Səddam Hüseynin restoranına bənzəyir” - VİDEO

Hazırda oxunan: Obama Trampı tənqid etdi: “Ağ Ev Səddam Hüseynin restoranına bənzəyir” - VİDEO

644118

ABŞ-ın 44-cü prezidenti Barak Obama Donald Trampı nümayişkaranə davranışlarına görə tənqid edib və Ağ Evi İraqın keçmiş prezidenti Səddam Hüseynin restoranına bənzədib.

Bizim.Media xəbər verir ki, Obama hazırkı hakimiyyət nümayəndələrinin vəziyyətin ciddiliyinə uyğun davranmadıqlarını bildirib.
 

“Bu gün hakimiyyətdə olan insanların vəziyyətin ciddiliyinə nə qədər uyğun gəlməməsi ən çox təəccübləndirir. Onları dəstəkləməkdən daha çox nümayişkaranəlik, güc nümayişi və başqalarını alçaltmaq maraqlandırır”, – deyə Obama bildirib.


O, həmçinin Trampın Ağ Evdə təmir işlərinə həddindən artıq aludə olduğunu deyərək zarafat edib:

“Ağ Ev indi elə görünür ki, sanki Səddam Hüseyn restoran açıb. Hər yerdə qızıl var”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin