Mask Ukraynanın Starlink istifadəsini məhdudlaşdırdığını etiraf etdi

Hazırda oxunan: Mask Ukraynanın Starlink istifadəsini məhdudlaşdırdığını etiraf etdi

644066

Amerikalı milyarder İlon Mask Ukrayna hərbçilərinin Rusiyaya qarşı dron hücumlarında Starlink peyk rabitə sistemindən istifadəsini məhdudlaşdırdığını açıqlayıb.

Bizim.Media xəbər verir ki, Mask bu barədə sosial şəbəkədəki paylaşımında bildirib ki, Ukrayna Silahlı Qüvvələri Starlink-dən hücum məqsədilə istifadə etməklə xidmətin şərtlərini pozub. Onun sözlərinə görə, bu imkanı yaradan boşluq ötən həftə aradan qaldırılıb.
 

Milyarder, həmçinin Starlink olmadan Ukrayna cəbhəsinin dərhal çökə biləcəyini iddia edib. O, bu rabitə sisteminin qarşısını almağın və ya onu sıradan çıxarmağın mümkün olmadığını bildirib.


Mask əlavə edib ki, hərbi təyinatlı Starshield sistemi ABŞ hökumətinin nəzarətindədir və onun istifadəsi ilə bağlı qərarları Vaşinqton qəbul edir.

O, paylaşımının sonunda qan tökülməsinin davam etdirilməsini dəstəklədiyini düşündüyü şəxsləri sərt ifadələrlə tənqid edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin