İzabel Berune: “Biz buraya gənclərimizi ruhlandırmaq üçün gəlmişik”

Hazırda oxunan: İzabel Berune: “Biz buraya gənclərimizi ruhlandırmaq üçün gəlmişik”

644112

Gənclərimizin qlobal miqyasda mübarizə aparması bizim üçün böyük qürur mənbəyidir

Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Kanaki–Yeni Kaledoniya və Fransız Polineziyası (Maʻohi Nui – Tahiti) komandalarına dəstək məqsədilə təşkil edilən aksiya zamanı Kanakinin Loyalite adaları İdman Komissiyasının vitse-prezidenti İzabel Berune deyib.

O bildirib ki, kiçik ölkə olmalarına baxmayaraq, gənclərin dünya səviyyəli yarışda mübarizə aparması, digər ölkələrin həmyaşıdları ilə qarşılaşması və özlərini layiqincə təmsil etməsi böyük qürurdur:

"Biz buraya gənclərimizi dəstəkləmək, onlara yoldaşlıq etmək və ruhlandırmaq üçün gəlmişik. Bu cür qlobal miqyaslı turnirlərdə iştirak etmək idmançılarımızın gələcək inkişafı üçün mühüm əhəmiyyət daşıyır".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin