Türkiyədə "Cəhənnəm mələkləri" (Hells Angels) adlı cinayət qruplaşmasının lideri olduğu iddia edilən Necati Coşkun Arabacı 15 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Bizim.Media xəbər verir ki, bu barədə CNN Türk məlumat yayıb.
İzmirin 20-ci Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Arabacı cinayət törətmək məqsədilə təşkilat yaratmaq və idarə etmək, iki ayrı zərərçəkmişə qarşı qəsdən xəsarət yetirmə, eləcə də qanunsuz odlu silah gəzdirmə ilə bağlı ittihamlar üzrə təqsirli bilinib. Məhkəmə digər ittihamlar üzrə isə onun barəsində bəraət hökmü çıxarıb.
Qeyd edək ki, Necati Arabacı 2025-ci ildə Adnan Menderes hava limanında saxlanılıb. O, istintaq tədbirlərindən sonra həbs edilsə də, sonradan məhkəmənin qərarı ilə məhkəmə nəzarəti altında sərbəst buraxılıb. İzmir Baş Prokurorluğunun etirazından sonra yenidən həbs olunub.
Arabacı barəsində irəli sürülən ittihamlar üzrə ümumilikdə 35 ilədək həbs cəzası tələb edilirdi.
Bizim.Media





































































































