Güləşçilərimiz bu gün dünya çempionatında mübarizə aparacaq

Hazırda oxunan: Güləşçilərimiz bu gün dünya çempionatında mübarizə aparacaq

644098

Qazaxıstanın paytaxtı Astanada güləş üzrə dünya çempionatı davam edir.

Bizim.Media xəbər verir ki, bu gün Azərbaycanın 6 yunan-Roma güləşçisi döşək üzərinə çıxacaq.

Ülvi Qənizadə (72 kq) yarışa 1/8 final mərhələsindən start verəcək.
 

Murad Əhmədiyev (97 kq) təsnifat mərhələsində Con Bin Kvonla (Cənubi Koreya) üz-üzə gələcək.


Sərxan Məmmədov (130 kq) isə brazilyalı Gilerme Evangelista Diası sınağa çəkəcək.

4 qat dünya çempionu Eldəniz Əzizli (55 kq) finalda iranlı Payam Əhmədi ilə güləşəcək.

Sənan Süleymanov (77 kq) isə qızıl medal uğrunda görüşdə moldovalı Aleksandrin Qutu ilə qarşılaşacaq.

Xatırladaq ki, turnir noyabrın 1-də başa çatacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin