Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı yeni detallar məlum olub.
Bizim.Media xəbər verir ki, qətli törədənlərin “Sabunçu Emin” ləqəbli Emin Rəhimov və MMA döyüş növü üzrə idmançı Elmar Cəfərov olduğu bəlli olub.
MÖVZU İLƏ BAĞLI:
Hadisə yerindən qaçaraq gizlənən həmin şəxslər DTX tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilərək saxlanılıb.
Hadisənin baş verdiyi ərazidə görüşü deputat Arzuxan Əlizadənin oğlu Əhməd təşkil edibmiş.
Deputatın oğlu da daxil olmaqla hadisə ilə bağlı 9 nəfər müxtəlif əməllərə görə, Elmar Cəfərov və Emin Rəhimov isə qəsdən adamöldrməyə görə saxlanılıblar.
Bizim.Media




































































































