ABŞ və Çindən olan tədqiqatçılar qoxuları tanıyan, onlar haqqında məlumatı internet vasitəsilə ötürən və xüsusi qolbaq və ya kulon vasitəsilə həmin qoxunu yenidən yaradan sistem hazırlayıblar.
Bizim.Media xəbər verir ki, bu barədə “Discover Magazine” məlumat yayıb.
Qurğu cəmi 0,6 saniyəyə reaksiya verir. 14 könüllünün iştirak etdiyi sınaqlarda ayrı-ayrı qoxuların tanınma dəqiqliyi 73 faizə, qoxu qarışıqlarının tanınma dəqiqliyi isə 71 faizə çatıb.
Alimlər həmçinin ətirli mayelər vasitəsilə dad hisslərini ötürməyə imkan verən versiya da hazırlayıblar.
Hələlik texnologiya əvvəlcədən hazırlanmış məhdud sayda qoxu ilə işləyir. Gələcəkdə onun virtual reallıqda, onlayn mağazalarda və tibbdə istifadəsi nəzərdə tutulur.
Bizim.Media

- A-
- A
- A+
Dünya
12:32 / 25.10.2026
Alimlər qoxuların internetlə ötürülməsi ilə bağlı yeni sistem yaratdı
Hazırda oxunan: Alimlər qoxuların internetlə ötürülməsi ilə bağlı yeni sistem yaratdı
Hazırda oxunan: Alimlər qoxuların internetlə ötürülməsi ilə bağlı yeni sistem yaratdı
644122
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































