Dünya çempionatı: Azərbaycan millisi bu gün iki oyun keçirəcək

Hazırda oxunan: Dünya çempionatı: Azərbaycan millisi bu gün iki oyun keçirəcək

644078

Azərbaycan millisi Bakıda təşkil olunan FIFA U-15 dünya çempionatında bu gün növbəti oyunlarını keçirəcək.

Bizim.Media xəbər verir, Famil Xəlilovun baş məşqçisi olduğu kollektiv eyni gündə 2 matça çıxacaq.

Yığma əvvəlcə saat 12:45-də Andorra ilə üz-üzə gələcək. Növbəti rəqib isə Avstraliya seçməsi olacaq. Həmin qarşılaşma saat 19:30-da başlayacaq. Hər iki oyun Hövsan Yarış Kompleksinin 10A meydançasında baş tutacaq.

Azərbaycan millisi mundialdakı ilk oyununda ötən gün Timor-Leste yığmasına 6:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, FIFA U-15 dünya çempionatı və festivalına oktyabrın 30-da yekun vurulacaq.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin