Çində 5,3 maqnitudalı zəlzələ baş verib

Hazırda oxunan: Çində 5,3 maqnitudalı zəlzələ baş verib

644067

Çinin şimal-qərbində yerləşən Çinghay əyalətində 5,3 maqnitudalı zəlzələ qeydə alınıb.

Bizim.Media xəbər verir ki, bu barədə Çin Zəlzələ Şəbəkələri Mərkəzi (CENC) məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri Çinghay əyalətinin Yüşu Tibet Muxtar Vilayətində yerləşib. Yeraltı təkanlar 10 kilometr dərinlikdə baş verib.

Zəlzələdən sonra bölgəyə ilkin yardım və axtarış-xilasetmə qrupları cəlb olunub, ərazidə araşdırmalara başlanılıb.

İlkin məlumata əsasən, zəlzələ nəticəsində ölən və ya yaralananlar, eləcə də maddi ziyan barədə məlumat verilməyib.

Səlahiyyətli qurumlar əhalini mümkün afterşoklara qarşı diqqətli olmağa çağırıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin