Ukrayna ordusu Starlink vasitəsilə Rusiyaya uzaqmənzilli zərbələr endirə bilmədiyini açıqlayıb.
Bizim.Media xarici mətbuata istinadla xəbər verir ki, Ukraynalı hərbi rabitə mütəxəssisi “Fleş” İlon Maskın Ukrayna hərbçilərinin Starlink-dən istifadə edərək Rusiyaya zərbələr endirməsi ilə bağlı ittihamlarına cavab verib.
Onun sözlərinə görə, 2026-cı ilin qışından etibarən Ukrayna ərazisində, o cümlədən işğal altındakı bölgələrdə fəaliyyət göstərən bütün Starlink terminallarının hərəkət sürətinə 70–90 km/saat məhdudiyyəti tətbiq edilib.
“Fleş” həmçinin bildirib ki, Starlink Rusiyanın ərazisində ümumiyyətlə işləmir.
“İlon Maskın Ukraynada Starlink-in fəaliyyətinə qoyulan məhdudiyyətlərdən xəbərsiz olması çox qəribədir”, – deyə o qeyd edib.
Bizim.Media



































































































